“Barselona” özünün 23 yaşlı müdafiəçisi Ronald Arauxo ilə müqaviləsini yeniləməyə hazırlaşır.
Uruqvaylı futbolçunun daha dörd il “Barselona”nın formasını geyinəcəyi planlaşdırılır.
Mənbə yazır ki, əvvəlcə Kataloniya klubu futbolçuya 2028-ci ilə qədər olan müqaviləyə imza atdırmağa cəhd edib. Lakin danışıqlar əsnasında klub istedadlı futbolçuya güzəştə getməyə məcbur olub.
Mənbə: Mundo Deportivo