“Barselona” yarımmüdafiəçi Ferran Torresin transferi üçün “Mançester Siti” ilə anlaşdığını açıqlayıb.
21 yaşlı oyunçu ilə 2027-ci il iyunun 30-dək müqavilə imzalanıb. Təzminat bir milyard avro səviyyəsində müəyyənləşdirilib.
Bazar ertəsi, yanvarın 3-də Torresin rəsmi təqdimat mərasimi olacaq.
Katalon klubunun Torres üçün “Mançester Siti”yə 55 milyon avro ödəyəcəyi, daha 10 milyonu isə bonuslar şəklində verəcəyi bildirilir.
Ferran Torres is ours until 2️⃣0️⃣2️⃣7️⃣!
— FC Barcelona (@FCBarcelona) December 28, 2021
Mənbə: Sports.ru