İlkay Gündoğan “Barselona”ya keçir.
İnsayder Fabrizio Romanonun sözlərinə görə, katalon klubu yarımmüdafiəçini komandanın yeni oyunçusu kimi qeydiyyatdan keçirmək üçün icazə alıb və bundan sonra 32 yaşlı futbolçu transferə razılıq verib.
Almaniyalı futbolçu “Mançester Siti”dən azad agent kimi ayrılır. O, artıq “Barselona” ilə daha bir uzatma variantı ilə iki illik müqavilə imzalayıb.
Qeyd edək ki, Premyer Liqada 2022/23-cü illər mövsümündə İ.Gündoğan 31 oyuna çıxıb və 8 qol vurub.
Mənbə: sports.ru