"Barselona" klubu "Real Sosyedad"ın qapıçısı Aleks Remiro ilə maraqlanır.
Oxu.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 30 yaşlı qolkiperi bir müddət izləyib və müqavilə təklif etməyə artıq hazırdır.
"Barselona"nın idman direktoru Deku ötən yay Qarsiyanı (komandanın hazırkı qapıçısı - red.) transfer etməzdən əvvəl Remironun vəziyyəti ilə dəfələrlə maraqlanıb.
Qeyd edək ki, Remiro cari mövsüm La Liqada 20 matçda meydanda olub.
