Çempionlar Liqasının 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, Turində “Yuventus” “Bavariya” ilə bərabərliyə qalıb - 2:2.
Almanlar hesabda iki top irəlidə idilər - Tomas Müller 43-cü dəqiqə və Aryen Robben 55-ci dəqiqə.
Lakin 63 və 76-cı dəqiqələrdə, müvafiq olaraq Pauolo Dibala və Stefano Sturaronun qolları sayəsində “qoca sinyora” məğlubiyyətdən xilas olib.
“Barselona” Londonda qələbə qazandı - VİDEO
Cavab oyunları martın 16-da keçiriləcək.
F.H.
www.oxu.az