İspaniyanın "Barselona" klubu ulduz qolkiperi Mark-Andre ter Ştegenlə müqaviləyə xitam vermək istəyir.
Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, qapıçı klubun ötən gün keçirilən təlim məşq toplanışına buraxılmayıb.
Klubun Mətbuat Xidməti açıqlamada Mark-Andre ter Ştegen fərdi məşqlər etdiyini desə də, qapıçı bunun doğru olmadığını bildirib.
Tərəflər bu səbəbdən müqavilənin xitamı ilə bağlı danışıqlar masasına əyləşiblər.
Qeyd edək ki, Türkiyənin "Qalatasaray" klubu almaniyalı qolkiper ter Ştegenin keçidində maraqlıdır.