“Barselona” 23 yaşlı müdafiəçisi Ronald Arauxo ilə yeni müqavilə imzalayıb.
Uruqvaylı müdafiəçi ilə bağlanan yeni müqavilənin müddəti 2026-cı il iyunun 30-na qədər nəzərdə tutulub.
Müqavilədə həmçinin qeyd olunub ki, 23 yaşlı futbolçunu transfer etmək istəyən klublar onun üçün Kataloniya klubuna bir milyard avro təzminat ödəməli olacaqlar.
R.Arauxo 2018-ci ildən “Barselona”da oynayır.
Mənbə: Fcbarcelona.com