"Barselona"nın ulduzu Lamin Yamal Kilian Mbappenin rekordunu qıraraq "Qızıl top"a namizəd olan ən gənc oyunçu kimi tarixə düşüb.
Oxu.Az xəbər verir ki, 17 yaşlı Lamin Yamal "Real Madrid"in ulduz futbolçusu Kilian Mbappeni geridə qoyub.
Belə ki, Lamin Yamal "Qızıl top" mükafatçıları siyahısına daxil olan ən gənc futbolçu kimi Kilian Mbappenin rekordunu qırıb.
Qeyd edək ki, 2003-cü ildən bəri ilk dəfə Kriştianu Ronaldu ("Ən-Nəsr", Portuqaliya millisi) və Lionel Messi ("İnter Mayami", Argentina millisi) namizədlər arasında yer almayıblar.
Rəylər