“Barselona” 2021-2022-ci illər mövsümü üçün səfər formasını təqdim edib.
Bu barədə klubun rəsmi “Instagram” hesabında paylaşım edilib.
Klubun səfər forması solğun-bənövşəyi rəngdə olub. Tünd bənövşəyi rəngdən isə klubun emblemində və sponsor loqotiplərində istifadə olunub.
Klub qeyd edir ki, formanın dizaynı qadın haqlarının və imkanlarının genişləndirilməsi üçün mübarizəni təşviq edir. Sözügedən dizayn həmçinin “Barsa”nın qadın futbolunun və qadınların idmandakı rolunun inkişafına bağlılığını göstərir.
Formanın buraxılışı “Barselona”nın qadınlardan ibarət komandasının 50 illiyinə həsr olunub.
Qeyd edək ki, “Barselona”nın texniki sponsoru “Nike” şirkətidir.
View this post on Instagram
"Barselona FK" teqi üzrə xəbərlər
Digər xəbərlər