İspaniya çempionatının növbəti turu çərçivəsində “Barselona” “Osasuna”nın qonağı olub.
Hazırda heç də yaxşı günlərini yaşamayan katalon klubu matçda hesabı açan tərəf olsa da 87-ci dəqiqədə buraxdığı qolla sonda bir xalla kifayətlənib – 2:2.
Matç, həmçinin “Barsa”nın heyətində mərakeşli Abde Ezzalzulinin debüt qolunu vurmasıyla əlamətdar olub.