"Barselona" və "Çelsi" qış transfer pəncərəsində futbolçu mübadiləsi həyata keçirə bilər.
Oxu.Az "The Telegraph"a istinadən xəbər verir ki, Kataloniya klubu Jül Kunde ilə London təmsilçisinin müdafiəçisi Malo Qusto arasında dəyişiklik variantını müzakirə edə bilər.
23 yaşlı fransalı futbolçunun "Barselona"da çıxış etməkdə maraqlı olduğu bildirilir.
Qeyd edək ki, Kunde 2022-ci ildən "Barselona"da çıxış edir. Malo Qusto isə 2023-cü ildən "Çelsi"nin formasını geyinir.
Qaynar xətt:
(055) 224 12 12