İspaniya çempionatının 7-ci turunda “Sevilya” doğma meydanda “Barselona”nı 2:1 hesabı ilə məğlub edib.
Oxu.Az-ın məlumatına görə, oyun Luis Enrikenin yetirmələri üçün çox çətin alınıb.
İkinci hissənin ilk 10 dəqiqəsində “Sevilya” kataloniyaları iki dəfə meydanın mərkəzinə dəvət edib.
52-ci dəqiqədə Kron-Deli, 58-də isə İborra fərqlənib.
“Barselona”nın heyətində yeganə qolu 74-cü dəqiqədə penalti zərbəsindən Neymar vurub.