“Barselona” klubunun çilili yarımmüdafiəçisi Arturo Vidal fitnes-model sevgilisi Sonya İsazadan ayrılıb.
Türkiyənin “Hürriyet” qəzeti məlumat verir ki, İtaliyanın “İnter” klubuna keçidi gözlənilən futbolçu “Instagram”da üç milyona yaxın izləyicisi olan sevgilisi Sonya İsaza ilə olan bütün şəkillərini sosial şəbəkə hesablarından silib.
Bəzi idman nəşrləri isə Arturo Vidalın bu addımını “Barselona”nın yeni baş məqçisi Kike Setyenin etimadını qazanmaq üçün etdiyini yazırlar.