“Barselona”nın hücumçusu Usman Dembele karyerasını PSJ-də davam etdirəcək.
Bu barədə fransalı futbolçu komanda yoldaşlarına bildirib. Məlumatı jurnalist Elena Kondis “Twitter” hesabında yayıb.
Daha əvvəl Kataloniya klubunun cinah oyunçusunun parislilərlə 2028-ci ilə qədər anlaşdığı bildirilib. PSJ-nin transfer üçün 50 milyon avro ödəyəcəyi qeyd edilib.
Fransız hücumçu 2017-ci ildə “Borussiya Dortmund”dan 105 milyon avroya “Barselona”ya keçib. O, 2022/2023 mövsümündə Kataloniya klubunun heyətində bütün turnirlərdə 35 oyun keçirib, səkkiz qol və doqquz məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun “Barsa” ilə müqaviləsi 2024-cü ilin iyun ayının sonuna qədər qüvvədədir. “Transfermarkt” portalına görə bir onun dəyəri 60 milyon avrodur.
“Barselona”nın hücumçusu Usman Dembele karyerasını PSJ-də davam etdirəcək.Bu barədə fransalı futbolçu komanda yoldaşlarına bildirib. Məlumatı jurnalist Elena Ko...
Rəylər