Azərbaycanda “Challange Tour”-un keçirilməsi böyük bir nailiyyətdir.
Oxu.Az xəbər verir ki, bunu Azərbaycanın qolf üzrə yığmasının baş məşqçisi Spenser Henderson bu il ölkəmizdə baş tutacaq qolf üzrə iki möhtəşəm tədbirin təqdimat mərasimində söyləyib.
“Bu ilin fevral ayında Azərbaycana “European Tour”-un rəhbəri Nik Tarratt gəlib. O, Qolf Akademiyasını və Milli Qolf Klubunu ziyarət edib və bundan məmnun qalıb” - deyə baş məşqçi bildirdi.
Qeyd edək ki, Avropanın ən mötəbər qolf yarışlarının rəsmi təşkilatçısı olan “European Tour” ilə bu ilin yay mövsümündə Azərbaycanda “Challange Tour” keçiriləcək.