2026-cı il Almaniya Superkuboku uğrunda Dortmund "Borussiya"sı ilə Münhen "Bavariya"sı arasında keçirilən matç başa çatıb.
Oxu.Az xəbər verir ki, "Dortmund" stadionunda keçirilən qarşılaşma Münhen klubunun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçın baş hakimi Daniel Şlager olub.
28-ci dəqiqədə "Bavariya"nın müdafiəçisi Nataniel Braun hesabı açıb. Vinger Maykl Olise 45+1-ci dəqiqədə komandasının üstünlüyünü iki topa çatdırıb. 75-ci dəqiqədə "Borussiya"nın hücumçusu Fabio Silva fərqi minimuma endirib.
90-cı dəqiqədə "sarı-qaralar"ın müdafiəçisi Rami Bensebaini qırmızı vərəqə alaraq meydandan qovulub.
Qeyd edək ki, ötən mövsümün nəticələrinə əsasən, "Bavariya" 89 xal toplayaraq Almaniya çempionu olub. Münhen klubu, həmçinin Almaniya Kubokunun da qalibi olub. Dortmund "Borussiya"sı isə ölkə Superkubokunda vitse-çempion kimi iştirak edib.
2025-ci ildə Almaniya Superkubokunu da "Bavariya" qazanıb. Münhen klubu finalda "Ştutqart"ı 2:1 hesabı ilə məğlub edib.