Çempionlar Liqasının 1/8 finalı çərçivəsində Londonun “Çelsi” klubu öz meydanında Münhenin “Bavariya” klubunu qəbul edib.
“Lenta.ru” xəbər verir ki, oyun 0:3 hesabı ilə qonaqların xeyrinə bitib.
Görüşdə ilk qol ikinci hissədə vurulub.
51-ci dəqiqədə Serj Qnabri ilk qola imza atıb.
Üç dəqiqə sonra Qnabri hesab arasındakı fərqi artırıb.
Oyunda son nöqtəni 76-cı dəqiqədə Robert Levandovski qoyub.
“Bavariya” “Çelsi”ni darmadağın etdi - VİDEO