Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Bavariya" çempion oldu, Keyn karyerasında ilk kubokunu qazandı
Almaniya Bundesliqasının 32-ci turunda "Frayburq" "Bayer Leverkuzen"lə 2:2 hesabı ilə heç-heçə edib.
Oxu.Az xəbər verir ki, bu nəticədən sonra "Bayer" lider "Bavariya"ya çatmaq şansını itirib.
Beləliklə də, bütün komandalar üçün əlçatmaz olan Münhen klubu 34 qat Almaniya çempionu adını qazanıb.
Vensan Kompaninin komandası çempionatın bitməsinə iki tur qalmış Xabi Alonsonun yetirmələrini 8 xal qabaqlayır.
Qeyd edək ki, "Bavariya"nın çempionluğu ilə komandanın 31 yaşlı forvardı Harri Keyn də karyerasında ilk dəfə kubok qazanıb. Almaniya çempionatının hazırkı mövsümündə o, 29 oyun keçirib, 24 qol vurub və 8 məhsuldar ötürmə edib.

"Bavariya FK" teqi üzrə xəbərlər
- Almaniya seçməsinin UEFA Millətlər Liqası üçün heyəti bəlli olub
- Harri Keyn Almaniya Bundesliqasında mövsümün ən yaxşı futbolçusu seçildi
- UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin edən klublar bəlli oldu
- UEFA Avropa Liqası tarixinin çempionları kimlərdir?
- Dünya və Avropa çempionu Pepe Reyna karyerasını bitirdi