Futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində III turun daha 6 oyunu keçirilib.
Oxu.Az xəbər verir ki, A qrupunda “Liverpul” İngiltərədə Şotlandiya “Reyncers”ini iki cavabsız qolla üstələyib.
İtaliya “Napoli”si isə Niderlandda “Ayaks”ı darmadağın edib - 6:1.
B qrupunda “Portu” Portuqaliyada Almaniyanın “Bayer” komandasına, “Brügge” isə Belçikada İspaniyanın “Atletiko” (Madrid) klubuna qalib gəlib.
C qrupunda İspaniya “Barselona”sı İtaliyada “İnter”ə minimal hesabla uduzub. D qrupunda isə İngiltərə “Tottenhem”i Almaniyada “Ayntraxt”la qolsuz heç-heçəyə razılaşıb.
Çempionlar Liqası
Qrup mərhələsi, III tur
4 oktyabr
A qrupu
“Liverpul" (İngiltərə) - "Reyncers" (Şotlandiya) - 2:0
Qollar: Trent Aleksander-Arnold, 7. Məhəmməd Salah, 53 (penalti)