Belaruslu yüngül atlet Kristina Timanovskaya Polşa vətəndaşlığı aldığını elan edib.
İdmançı bu barədə öz “Instagram” səhifəsində məlumat verib.
“Artıq rəsmi olaraq polşalıyam”, – atlet paylaşdığı fotoya şərhində yazıb.
Xatırladaq ki, Kristina Timanovskaya Yaponiyanın paytaxtı Tokioda keçirilmiş Yay Olimpiya Oyunlarında qalmaqallı olayın iştirakçısı olub.
Atlet 100 metr və 200 metr məsafələrdə yarışmalı olsa da, onu 4x400 metr məsafəyə estafet qaçışı üzrə yığmanın heyətinə daxil ediblər.
İdmançı bu məsafədə ixtisaslaşmadığı üçün sosial şəbəkədə qərara etirazını bildirib. Nəticədə idmançını zorla Belarusa qaytarmağa çalışıblar. Lakin Beynəlxalq Olimpiya Komitəsi vəziyyəti nəzarətə götürüb. Timanovskaya Polşaya humanitar viza alıb.
View this post on Instagram
"Polşa" teqi üzrə xəbərlər
- Polşa prezidentindən Trampa qeyri-adi ad günü hədiyyəsi - Foto
- Toral Bayramov Avropa klubunun hədəfində: Danışıqlar aparılır
- Polşa xarici işlər nazirinin mənimsəmədə təqsirləndirilən müavini istefa verdi
- Polşanın Azərbaycana qarşı qərəzli materiallar yayan telekanalında korrupsiya qalmaqalı
- Polşada 6 nəfərin həyatına son qoyan hərbçi xəstəxanada öldü
Digər xəbərlər