Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Belçika klubu Toral Bayramov üçün rəsmi təklif göndərib?
Belçika mətbuatında yayılan xəbərlərə görə, "Lieqe Standard" klubu "Qarabağ"ın futbolçusu Toral Bayramovla maraqlanır.
Mövzu ilə bağlı Oxu.Az-ın soruğusunu cavablandıran "Qarabağ" klubunun mətbuat katibi Anar Hacıyev bildirib ki, qarşı tərəf heç bir rəsmi təklif göndərməyib.
Belçikanın "VoetbalPrimeur.be" saytı isə yeni idman direktoru Mark Vilmots vəzifəsinin icrasına yeni başlasa da, komandasının Bayramova bu yay təklif göndərəcəyini bildirib.
Qeyd edək ki, Toral Bayramov bu mövsüm "Qarabağ" forması ilə 51 oyunda meydana çıxıb, 10 qol, doqquz məhsuldar ötürmə ilə yadda qalıb.
Anar Həsənov
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Fənərbağça"nın prezidenti Ali Koç "Qarabağ" klubunun rəsmiləri ilə görüşüb
- Qurban Qurbanov Çempionlar Liqasındakı rəqibləri barədə: "Burada zəif komanda olmur"
- UEFA Çempionlar Liqası: "Qarabağ"ın ikinci təsnifat mərhələsindəki rəqibləri bəlli oldu
- Xalil Rauntri: "Qarabağ"ın formasını özüm almışam"
- "Qarabağ" heyətinə braziliyalı futbolçu cəlb etdi
Ən çox oxunanlar