Türkiyədə dünyada bənzəri olmayan futbol klubu var.
Oxu.Az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, qardaş ölkənin həvəskarlar liqasında çıxış edən “Onbirateş” klubunun futbolçularından 11-i yaxın qohumdur.
Ankaranın məşhur məhəllələrindən olant Atıfbeydə 1954-cü ildə 11 qohum gənc tərəfindən yaradılan və “Onbirateş” adlandırılan klubda xala, bibi, əmi oğlanları oynayır. Klubun prezident postu isə babadan nəvəyə keçir.
Klubun hazırkı prezidenti Cankat Erolfanoğlu bildirib ki, Ankarada 10 min nəfər qohumları yaşayır:
“Atıfbey “Onbirateş” və idman sayəsində Ankaranın narkomaniyanın yayılmadığı məhəllələrindən biridi. Hədəfimiz həvəskarlar liqasının Ankara qrupunda çempion olaraq regional həvəskarlar liqasına (BAL) vəsiqə qazanmaqdır. Ən böyük məqsədimiz isə peşəkar liqada oynamaqdır”.
Qeyd edək ki, “Onbirateş”in İdarə Heyətində məşhur məşqçi Samet Aybaba da yer alır.