“Real Madrid”in futbolçusu Kərim Benzema beynəlxalq kuboklara görə “Mançester Yunayted”in futbolçusu Kriştianu Ronaldunu geridə qoyub.
Xatırladaq ki, avqustun 10-da “Real Madrid” UEFA Superkuboku uğrunda görüşdə Almaniyanın “Ayntraxt” klubuna 2:0 hesabı ilə qalib gəlib. Qolları David Alaba (37-ci dəqiqədə) və Kərim Benzema (65-ci dəqiqədə) vurublar.
Bu, Benzema üçün beynəlxalq arenada 14-cü kubok olub.
Qeyd edək ki, bu göstərici üzrə lider Kafudur (17). Siyahıda ikinci yerdə Toni Kroos (16), üçüncü yerdə isə Dani Alves (15) gəlir.
Yeri gəlmişkən Benzema avqustun 10-da “Real Madrid”də 324-cü qolunu vurub. Beləliklə o, klub tarixinin ən yaxşı bombardiri siyahısında ikincidir, birinci yerdə 451 qolla portuqaliyalı Kriştianu Ronaldu gəlir.
Mənbə: Gazeta.ru
Rəylər