“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardu Silva Çempionlar Liqasında “Sportinq”ə (0:5) qalib gəldikləri oyunla bağlı danışıb.
Portuqaliyalı futbolçu valideynlərinin ölkəsində hansı komandalara qalib gəldiyini bildirib:
“Mən şəhərin digər hissəsindən olan portuqaliyalıyam. Anam “Sportinq”, atam isə “Benfika” azarkeşidir. Doğma şəhərdə qol vurmaq əla oldu. Buraya belə vacib oyunlara gəlmək əlavə motivasiyadır. Ancaq hər şey hələ bitməyib, qarşıda Mançesterdə cavab oyunu var”.