Türkiyə Superliqasının 13-cü həftəsində oynanılan "Beşiktaş" - "Samsunspor" matçından əvvəl qəribə hadisə yaşanıb.
Oxu.Az NTV-yə istinadən xəbər verir ki, oyundan əvvəl meydançaya qağayı girib və qarşılaşmanın bir neçə dəqiqə gec başlamasına səbəb olub.
Təhlükəsizlik işçiləri meydanda tapılan və zədəli olduğu düşünülən qağayını qovmağa çalışıblar. Lakin o uça bilməyib və matçın ilk mərhələlərində meydanda qalıb.
Meydanın ortasında dövrə vuran qağayı futbol azarkeşlərinə şən dəqiqələr yaşadıb.