Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

"Beşiktaş"ın yeni transferi İstanbulda
Türkiyə nəhəngi "Beşiktaş" heyətini kolumbiyalı yarımmüdafiəçi Elan Rikardo ilə gücləndirib.
Oxu.Az xəbər verir ki, "La Ekvidad" klubunun yarımmüdafiəçisi artıq İstanbuldadır.
Qeyd edək ki, Elan Rikardo 20 fevral 2004-cü ildə Kolumbiyada anadan olub. 184 sm boyu olan yarımmüdafiəçi "La Ekvidad"ın gənclər akademiyasında məşq edib və əsas komandaya qədər yüksəlib.
20 yaşlı futbolçu bu mövsüm üç matçda meydana çıxıb və meydanda keçirdiyi 211 dəqiqə ərzində bir dəfə rəqib qapısına yol tapmağı bacarıb.
"Beşiktaş FK" teqi üzrə xəbərlər
- Aleks Oksleyd-Çemberleyn "Beşiktaş"dan ayrılır
- Nihat Kahveci "Haber Global"da Joze Mourinyo barədə: "Bu yanaşma ilə heç vaxt çempion olmaz"
- Həftəsonu Avropanın yaşıl meydanlarında keçiriləcək ən maraqlı oyunların AFİŞASI
- Türkiyə Kuboku: "Fənərbağça" - "Qalatasaray" matçının keçiriləcəyi tarix və saat BƏLLİ OLDU
- Türkiyə Superliqası: "Qalatasaray" klubu "Antalyaspor"u qəbul edəcək
Ən çox oxunanlar