Türkiyə Superliqasında 19-cu tura start verilib.
Oxu.Az xəbər verir ki, ilk oyun günündə 3 görüş keçirilib.
“Qaziantep” “Pendikspor”la, “Antalyaspor” “Alanyaspor”la heç-heçə edib. “Beşiktaş” isə evdə “Kasımpaşa”ya uduzub.
Qeyd edək ki, hazırda turnir cədvəlində "Beşiktaş" 29 xalla 5-ci, "Kasımpaşa" 26 xalla 8-ci, "Antalyaspor" 25 xalla 9-cu, "Alanyaspor" 21 xalla 11-ci, "Qaziantep" 20 xalla 13-cü, "Pendikspor" isə 15 xalla 19-cudur.
"Qaziantep" – "Pendikspor" - 2:2
Qollar: Draquş, 12, O.Özçiçek, 49 – E.Özgənc, 77, E.Yardımcı, 80.
"Antalyaspor" – "Alanyaspor" - 0:0
"Beşiktaş" – "Kasımpaşa" - 1:3
Qollar: S.Kılıçsoy, 45+2 – Da Kosta, 41, 80, 83.