Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Blatter beşinci dəfə FİFA-nın prezidenti seçilib
FİFA-nın hazırki prezidenti Yozef Blatter 5-ci dəfə təşkilatın rəhbəri seçilib.
Oxu.Az FİFA-nın rəsmi saytına istinadən xəbər verir ki, onun rəqibi İordaniya şahzadəsi Əli bin Əl-Hüseyn ikinci turda iştirakından imtina edib.
İlk turda namizədlərdən heç biri lazımi qədər səs toplaya bilməyib. Blatter 133, Əli bin Əl-Hüseynə isə 73 səs toplamışdır. İlk turun nəticələri açıqlandığdan sonra İordaniya şahzadəsi namizədliyini geri götürüb.
Səsvermədə FİFA-nın bütün üzvləri - federasiyaya daxil olan 209 milli assosiyasiyaların nümayəndələri iştirak edib.
Qeyd edək ki, Yozef Blatter 1998-ci ildən dəyişilmədən FİFA-ya rəhbərlik edir.
Rəylər