Almaniya Bundesliqasında XXII tur davam edir.
Oxu.Az xəbər verir ki, turun maraqlı qarşılaşmalarından biri Bohumda baş tutub.
Yerli komanda turnir cədvəlinin lideri “Bavariya”nı qəbul edib.
Matçda hesabı qonaqlar açıblar. Levandovski 9-cu dəqiqədə fərqlənib.
Amma bundan sonra necə deyərlər, “Bohum” münhenliləri qol vurmağa peşman ediblər. Təkcə ilk hissənin qalan dəqiqələrində meydan sahibləri dörd dəfə rəqibi məyus ediblər.
“Bavariya”nın gücü isə fərqi azaltmağa çatıb. Levandovski dublunu rəsmiləşdirib və komandasını darmadağından xilas edib.
Matçın qollarını təqdim edirik: