Bolqarıstanın Plovdiv şəhərində keçirilən 23 yaşadək güləşçilərin Avropa çempionatında Azərbaycan idmançıları prinsipial görüşlərdə qalib gəlib.
Oxu.Az xəbər verir ki, 60 kq çəki dərəcəsində yunan-Roma güləşçimiz Nihat Məmmədli finala vəsiqə uğrunda Ermənistan təmsilçisi Tiqran Minasyanı sınağa çəkib.
Görüşün əvvəlindən sonunadək üstünlüyə sahib olan Nihat rəqibinə heç bir şans tanımayıb - 9:0. Nəticədə güləş qaydalarına əsasən, hesab böyük olduğundan, qarşılaşma bitməsinə 1 dəqiqə 3 saniyə qalmış başa çatdırılıb. O, bu gün finalda İrakli Cimistarişviliylə (Gürcüstan) qarşılaşacaq.
Bolqarıstanda erməni rəqiblərinə aman verməyən Azərbaycan güləşçiləri - VİDEO
Qeyd edək ki, Avropa çempionatında mübarizəyə qatılan 6 idmançımızdan 5-i medal qazanıb. Yalnız Adəm Hacızadə (72 kq) medal qazana bilməyib.
Səbuhi Musa
Rəylər