Almaniya, İspaniya və İtaliyanın futbol üzrə ölkə çempionatlarında maraqlı oyunlar olub.
Almaniya Bundesliqasının 19-cu turunda Dortmund “Borusiya”sı evdə “Frayburq”u qəbul edib.
Oyun Dortmund klubunun böyük hesablı qələbəsi ilə bitib – 5:1
Qeyd edək ki, bu qələbədən sonra “Borusiya” turnir cədvəlində 3-cü sırada qərarlaşıb. Dortmund təmsilçisi lider “Union”dan iki xal geridədir.
“Borusiya”(Dortmund) - “Frayburq” – 5:1
“Borusiya”dan qol yağışı, “Vilyareal”ın sensasiyalı məğlubiyyəti - VİDEO