Futbol üzrə UEFA Avropa Liqasının 2015/2016-cı illər mövsümünün qrup mərhələsinin dördüncü turunun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qəbələ” klubu səfərdə Dortmund “Borussiya”sının qonağı olub.
Oyun meydan sahiblərinin 4:0 hesablı qələbəsi ilə bitib.
Qollar: Roys (28-ci dəqiqə), Obameyanq (45), Zenyov (68, avtoqol), Mxitaryan, 70.
Bu qrupun digər oyununda “Krasnodar” PAOK-u 2:1 hesabı ilə məğlub edib.
C qrupu
1. “Borussiya” - 10 xal
2. “Krasnodar - 7
3. PAO – 3
4. “Qəbələ - 1
F.H.
www.oxu.az