Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Böyük Dəbilqə”: Azərbaycan cüdoçuları ilk gündə uğursuz çıxış ediblər - YENİLƏNİB
Azərbaycan cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirinin ilk günündə uğursuz çıxış ediblər.
“Report”un məlumatına görə, mübarizəyə qoşulan üç idmançıdan heç biri medal qazana bilməyib.
Əhməd Yusifov (60 kq) və Ruslan Paşayev (66 kq) startda türkiyəli rəqiblərinə məğlub olublar. Yusifov 1/16 finalda Salih Yıldıza, Paşayev isə 1/32 finalda Muhammed Dəmirələ yenilib.
Rəşad Yelkiyev (66 kq) cəmi bir mərhələ adlaya bilib. O, Baibol Salamat Uuludan (Qırğızıstan) güclü olsa da, 1/16 finalda Obid Dzebova (Tacikistan) məğlub olub.
Qeyd edək ki, martın 30-da Azərbaycan millisinin heyətində Rəşid Məmmədəliyev, Vüsal Qələndərzadə (hər ikisi 73 kq) və Ömər Rəcəbli (81 kq) mübarizə aparacaqlar.
10:32
Bu gün Türkiyənin Antalya şəhərində cüdo üzrə “Böyük Dəbilqə” turnirinə start veriləcək.
Oxu.Az xəbər verir ki, ilk gündə Azərbaycanın 3 cüdoçusu iki çəki dərəcəsində mübarizəyə qoşulacaq.
Əhməd Yusifov (60 kq) 1/16 finalda türkiyəli Salih Yıldızla görüşəcək.
Ruslan Paşayev və Rəşad Yelkiyev eyni çəkidə (66 kq) qüvvələrini sınayacaqlar. Hər iki idmançı yarışa 1/32 finaldan başlayacaq. Paşayev Türkiyənin digər təmsilçisi Muhammed Demirellə, Yelkiyev isə qırğızıstanlı Baibol Salamat Uulu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, martın 31-dək davam edəcək “Böyük Dəbilqə”yə Azərbaycan 9 kişi cüdoçu ilə yollanıb.
Rəylər