Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Böyük Dəbilqə: Azərbaycan cüdoçularından uğursuz nəticə - YENİLƏNİB
Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
Oxu.Az xəbər verir ki, Azərbaycan təmsilçiləri günü medalsız başa vurublar.
81 kq çəki dərəcəsində Zelim Tçkayev 1/4 finala qədər irəliləsə də, əvvəlcə tacikistanlı Somon Mahmadbekova, daha sonra isə təsəlliverici görüşdə almaniyalı Dominik Resselə məğlub olub. Həmin çəkidəki digər idmançı Məhərrəm İmamverdiyev 1/16 finalda çıxdığı ilk dueldə uduzub.
73 kq çəkidə Azərbaycanı təmsil edən Telman Vəliyev və Rəşid Məmmədəliyev cəmi bir mərhələ adlaya biliblər və 1/8 finalda turnirlə vidalaşıblar.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycanın səkkiz cüdoçusu çıxış edib, yalnız Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.
Turnirə iyunun 18-də yekun vurulacaq.
10:51
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri davam edir.
Oxu.Az xəbər verir ki, yarışın ikinci günündə Azərbaycanın 4 cüdoçusu iki çəki dərəcəsində mübarizə aparacaq.
73 kq çəkidə Telman Vəliyev 1/16 finalda Baham adalarından olan Andrev Manninqslə, Rəşid Məmmədəliyev isə Türkmənistan idmançısı Parahat Nazarovla üz-üzə gələcək.
81 kq çəki dərəcəsində yarışan Zelim Tçkayevin ilk rəqibi bəhreynli Askerbiy Qerbekov olacaq. Eyni çəkidə Məhərrəm İmamverdiyev isə almaniyalı Tim Qramkovla münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşlər də 1/16 final çərçivəsində baş tutacaq.
Qeyd edək ki, Böyük Dəbilqənin ilk günündə Azərbaycan millisinin heyətində Gültac Məmmədəliyeva (52 kq) bürünc medal qazanıb.