Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Böyük Dəbilqə: Azərbaycanın səkkiz cüdoçusu mübarizəyə başlayır
Qazaxıstanın paytaxtı Astanada cüdo üzrə Böyük Dəbilqə turniri bu gün start götürəcək.
Oxu.Az xəbər verir ki, ilk gündə Azərbaycanın 8 cüdoçusu tatamiyə çıxacaq.
Kişilərin yarışında 60 kq çəki dərəcəsində Kənan İsmayılov və Nazir Talıbov 1/16 finaldan yarışa qoşulacaqlar. İsmayılov türkmənistanlı Aybek Omirov, Talıbov isə portuqaliyalı Françisko Mendeşlə qarşılaşacaq.
Kəramət Hüseynov 66 kq-da 1/16 final görüşünə çıxacaq. Onun rəqibi Tacikistan təmsilçisi Nurali Emomali olacaq. Həmin çəkidəki digər cüdoçu Kamran Süleymanov da eyni raundda tacikistanlı idmançıya rəqib olub. O, Obid Dzebovu üstələməyə çalışacaq.
Qadınlarda 4 cüdoçumuz iki çəki dərəcəsində çıxış edəcək. 48 kq-da Ramilə Əliyeva 1/16 finalda çinli Xan Şuayxia ilə münasibətlərinə aydınlıq gətirəcək. Leyla Əliyeva 1/8 finalda Nuraylim Sarsenbeki (Qazaxıstan) sınağa çəkəcək.
52 kq çəkidə Aydan Vəliyeva 1/16 finalda yaponiyalı Ryoko Takeda ilə gücünü sınayacaqsa, Gültac Məmmədəliyeva 1/8 finalda mübarizəyə başlayacaq. Məmmədəliyevanın rəqibi Tolqanay Abeyova (Qazaxıstan) - Ariane Toro Soler (İspaniya) cütünün qalibi olacaq.
Qeyd edək ki, Azərbaycan millisi iyunun 18-dək keçiriləcək Böyük Dəbilqəyə 17 cüdoçu ilə yollanıb.
Rəylər