Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
“Braqa” “Qarabağ”la matça kapitansız çıxa bilər - SƏBƏB
Bu gün Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ı qəbul edəcək “Braqa” problemlə üzləşib.
İdman.biz xəbər verir ki, Portuqaliya təmsilçisi qarşılaşmaya əsas futbolçusu olmadan çıxa bilər.
“Braqa”nın kapitanı Rikardu Orta komandanın mətbuat üçün açıq məşqinə qatılmayıb. 29 yaşlı futbolçunun fiziki problemlər səbəbindən hazırlıqdan kənar qaldığı bildirilir. Onun “Qarabağ”la matçda meydana çıxması da sual altına düşüb.
Rikarduya qədər rəqibin heyətində Adrian Marin və Brumanın oynamayacağı dəqiqləşib. Əvəzində türkiyəli müdafiəçi Sərdar Saatçı isə zədəsini sağaldıb və komandaya dönüb.
Qeyd edək ki, “Braqa” -“Qarabağ” matçı bu gecə saat 00:00-da start götürəcək.