Braziliyanın “Korintians” futbol klubu “Mançester Yunayted”in hücumçusu Kriştianu Ronaldunu transfer etmək istəyir.
Bu açıqlama ilə klubun prezidenti Duilio Monteyro çıxış edib.
“Bəli, mən onu bizimlə görmək istərdim. “Korintians” üçün əlimdən gələn hər şeyin yaxşısını etməyə çalışıram. Bilmirəm, bu bizdə alınacaqmı? Biz gözdə-qulaqdayıq. Birdən o, Braziliyada oynamaq istəyə bilər”, - deyə “Korintians”ın prezidenti vurğulayıb.
Mənbə: Ulissescast