“Ferrari” komandasının almaniyalı pilotu Sebastyan Fettel “Formula-1” Braziliya Qran-Prisinin qalibi olub.
Oxu.Az-ın xəbərinə görə, ikinci yerin sahibi “Mercedes”in finlandiyalı pilotu Valtteri Bottas olub. Üçüncü yerdə isə “Ferrari” komandasının finlandiyalı pilotu Kimi Raykkonen qərarlaşıb.
Çempionatın növbəti mərhələsi noyabrın 24-dən 26-a kimi Əbu-Dabidə keçiriləcək.
N.O.