Dunga yenidən futbol üzrə Braziliya millisinin baş məşqçi təyin edilib.
Oxu.Az-ın Lent.Az-a istinadən verdiyi məlumata görə, 50 yaşlı mütəxəssis ikinci dəfədir yığmanın məşqçisi olur.
O, 2006 -2010-cu illərdə, ölkə komandasına baş məşqçilik etdiyi dövrdə uğurlar da əldə edib. Braziliya millisi 2007-ci ildə Amerika Kubokunu, 2009-cu ildə isə Konfederasiya kubokunu qazanıb. 2010-cu il Dünya Kubokunda 1/4 finalda Hollandiyaya uduzandan sonra işdən çıxarılıb.
Dunga bundan əvvəl Braziliyada “İnternational” klubunun məşqçisi olub.
Keçən ilin oktyabrında 4 oyun dalbadal uduzandan sonra onu klub məşqçiliyindən azad ediblər.
Xatırladaq ki, 2014-cü ilin dünya birinciliyindəki uğursuz çıxışdan sonra Luis Felipe Skolari istefa verib.