“Qəbələ”dən ayrılan Ruan Renatonun yeni klubu müəyyənləşib.
Braziliyalı müdafiəçi “Zirə”yə keçib. Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
“Qartallar” futbolçu ilə 2 illik müqavilə imzalayıblar.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, 29 yaşlı oyunçu paytaxt klubunda ilinə 180 min dollar qazanacaq.
Ruan Renato ötən mövsüm “Qəbələ”nin heyətində Premyer Liqada keçirdiyi 33 oyunda iki qol vurub.

Faiq Tahirov