"Turan Tovuz" yoldaşlıq oyununda Türkiyənin "Fənərbağça" komandasına məğlub olub.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş matç İstanbul təmsilçisinin 0:2 hesablı qələbəsi ilə başa çatıb.
Hesabı 60-cı dəqiqədə Fransa millisinin üzvü Nqolo Kante açıb. Digər qolu isə 74-cü dəqiqədə Çağrı Balta qapıdan keçirib.
Qeyd edək ki, qarşılaşmanı azərbaycanlı baş hakimi Rəvan Həmzəzadə idarə edib. Oyundan əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.
"Turan Tovuz" futbol klubu bu gün Bakıda Türkiyənin "Fənərbağça" komandası ilə yoxlama oyununda üz-üzə gələcək.
Oxu.Az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
Matçı baş hakim Rəvan Həmzəzadə idarə edəcək. Görüşdən əldə olunan gəlir Qarabağ Dirçəliş Fonduna ianə olunacaq.
Qeyd edək ki, "Turan" (keçmiş adı - red.) 1994-cü ildə Azərbaycanı avrokuboklarda təmsil edən ilk klub kimi tarixə düşüb. Komandanın UEFA Kubokunda - indiki UEFA Avropa Liqasında ilk rəqibi də "Fənərbağça" olub. İstanbul təmsilçisi həmin qarşılaşmalarda 5:0 və 2:0 hesabları ilə qələbəyə sevinmişdi.