İtaliyalı qapıçı Canluici Buffon Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubunu tərk edir.
Oxu.Az bu barədə klubun saytına istinadla xəbər verir.
Buffonun müqaviləsinin müddəti iyunun 30-da bitir, uzadılması isə planlaşdırılmır. Klub idmançıya gələcək layihələrində uğurlar diləyib.
“Parisdə yaşamaq imkanına görə hər kəsə minnətdarlığımı bildirirəm. Birgə yaşadığımız duyğulara görə təşəkkür edirəm”, - deyə Buffon öz növbəsində qeyd edib.
Qapıçı “Pari Sen-Jermen” klubuna 2018-ci ildə keçib. Bu müddətdə klub Fransanın Superkuboku və ölkə çempionatını qazanıb.