Almaniya Bundesliqasının 18-ci turu çərçivəsində “Bavariya” “Union Berlin”lə qarşılaşıb.
Münhendəki “Allianz Arena”da oynanılan matçda cəmi bir qol vurulub. Münhenlilər 46-cı dəqiqədə sol cinah müdafiəçisi Rafael Qerreyronun qolu sayəsində qalib gəliblər - 1:0. Bu, portuqaliyalının “Bavariya” forması ilə vurduğu ikinci qol olub.
Hazırda Almaniya Bundesliqasında keçirdiyi 18 oyundan sonra “Bavariya” 44 xalla ikinci pillədə qərarlaşıb. “Yunion” isə 14 xalla 15-ci yerdədir. Çempionatın lideri 18 turdan sonra 48 xalı olan Leverkuzen “Bayer”idir.