Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bundesliqa: "Borussiya Dortmund" - "Bavariya" matçında qalib müəyyənləşmədi
Futbol üzrə Almaniya çempionatının 12-ci turunda Dortmund "Borussiya"sı ev matçında "Bavariya" ilə qarşılaşıb.
Oxu.Az xəbər verir ki, oyun 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Görüşün 27-ci dəqiqəsində "Borussiya"nın futbolçusu Bayno-Gittens hesabı açıb. "Bavariya" yalnız 85-ci dəqiqədə Musialanın qolu sayəsində hesabı bərabərləşdirə bilib.
Beləliklə, Münhen klubu 30 xalla Bundesliqanın turnir cədvəlində 1-ci pilləni qoruyub. "Borussiya Dortmund" isə 20 xalla 5-ci yerdədir.
"Almaniya Bundesliqası" teqi üzrə xəbərlər
Ən çox oxunanlar