Joao Feliks mövsümün sonuna qədər “Çelsi”də oynayacaq.
London klubu 23 yaşlı hücumçunu yaya qədər icarəyə götürdüklərini təsdiqləyib. “Atletiko” Feliksin ayrılmadan əvvəl klubu ilə müqaviləni daha bir mövsüm - 2027-ci ilə qədər uzatdığını açıqlayıb.
“Çelsi”nin portuqaliyalının icarəsinə görə 11 milyon avro ödəyəcəyi, həmçinin futbolçunun icarə müddətində bütün maaşını - 6 milyon avronu öz üzərinə götürəcəyi bildirilib.
Qeyd edək ki, bu mövsüm Feliks “Atletiko”nun heyətində bütün turnirlərdə 20 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib. O, DÇ-2022-də Portuqaliya millisinin heyətində 3 matçda 1 top və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: sports.ru
Rəylər