Avropanın klub çempionatlarında növbəti turun mərkəz oyunları keçirilib.
İngiltərə Premyer Liqasında 16-cı turun oyunları baş tutub.
Lider “Mançester Siti” doğma meydanda “Vulverhempton”u qəbul edib. Qarşılaşma “şəhərlilər”in minimal hesablı qələbəsiylə başa çatıb.
“Mançester Siti” – “Vulverhempton” 1:0
Qol: Rahim Sterlinq, 66 (pen)
Futbol üzrə Türkiyə çempionatında isə “Trabzanspor” “Antalyaspor”un qonağı olub.
Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə bitib.
“Antalyaspor” - “Trabzanspor” 2:1
Qollar: Fredi Ribeyro, 34, Dorukxan Tekgöz, 73, Andreas Kornelius, 24