İngiltərə Premyer Liqasında üçüncü turun növbəti oyunları keçirilib.
Lids şəhərinin “Elland Roud” arenasında yerli “Lids Yunayted”lə “Çelsi” üz-üzə gəlib.
İlk iki turdan sonra hesabında bir qələbə və bir heç-heçə olan zadəganlar yeni mövsümdə ilk dəfə məğlubiyyətlə qarşılaşıblar - 3:0. Matçın sonlarına yaxın London klubunun müdafiəçisi Kulibali ikinci sarı vərəqədən sonra meydanı tərk edib.