İngiltərənin "Çelsi" klubu futbolçusu Pedru Netu ilə müqavilənin müddətini uzadıb.
Oxu.Az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
26 yaşlı vingerin yeni sözləşməsi 2032-ci ilin yayına qədər qüvvədə olacaq.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü 2024-cü ildən "Çelsi"nin formasını geyinir.

Qaynar xətt:
(055) 224 12 12