Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
“Çelsi” portuqaliyalını “Atletiko”ya qaytarır
İcarə əsasında “Çelsi”də çıxış edən Portuqaliya millisinin yarımmüdafiəçisi Joao Feliks müqavilə ilə məxsus olduğu “Atletiko”ya qayıdacaq.
Bu barədə Madrid təmsilçisinin prezidenti Enrike Serezo məlumat verib.
“Maurisio Poçettino (“Çelsi”nin baş məşqçisi - red.) bizə məlumat verib ki, Feliksi “Çelsi”də görmək istəmir. O, bura qayıtmalıdır. Lakin hələ heç nə planlaşdırmamışıq”, - deyə klub rəhbəri bildirib.
Feliks bu ilin yanvarında “Çelsi”yə icarəyə verilib. London klubu istəsə, onu transfer etmək hüququna malik idi.
Portuqaliyalı “zadəganlar”ın heyətində 20 oyun keçirib və 4 qol vurub. 23 yaşlı forvard mövsümün ilk yarısında “Atletiko”da 14 matçda 4 dəfə fərqlənməyi bacarıb.
Mənbə: Mundo Deportivo
"Çelsi" teqi üzrə xəbərlər
- UEFA Konfrans Liqası: "Çelsi"dən darmadağın, "Başakşəhər"dən heç-heçə
- "Çelsi" Mixail Mudrikin müqaviləsinə xitam verəcək
- Ukrayna millisinin aparıcı oyunçusu futboldan uzaqlaşdırıldı
- "Çelsi" "Brentford"u məğlub edərək Premyer Liqada ikinci yerdə qərarlaşdı
- UEFA Konfrans Liqası: "Çelsi" səfərdə "Astana"nı məğlub etdi
Rəylər