Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Çelsi" qələbəni əldən verdi
İngiltərə Premyer Liqasının 20-ci turu çərçivəsində "Kristal Pelas" və "Çelsi" komandalarının qarşılaşması başa çatıb.
Oxu.Az xəbər verir ki, London derbisi sülhlə bitib - 1:1.
14-cü dəqiqədə "Çelsi"nin yarımmüdafiəçisi Koul Palmer cinah yarımmüdafiəçisi Ceydon Sançonun ötürməsi ilə hesabı açıb.
"Kristal Pelas"ın hücumçusu Jan-Filip Mateta 82-ci dəqiqədə hesabı bərabərləşdirib.
Bu görüşdən sonra "Çelsi" 36 xal toplayıb və Premyer Liqanın turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Onun rəqibi isə 21 xalla 15-cidir.
"Çelsi FK" teqi üzrə xəbərlər
Ən çox oxunanlar